Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin müsbət dinamikası qeyd edilib, ticarət, qarşılıqlı investisiyalar, sənaye, nəqliyyat-tranzit, enerji və digər sahələrdə qarşılıqlı faydalı imkanların reallaşdırılması üçün mövcud potensial diqqətə çatdırılıb.
Tərəflər birgə layihələrin regionumuz üçün iqtisadi əhəmiyyəti və tərəfdaşlığın şaxələndirilməsinin ölkələrimiz üçün perspektivləri barədə müzakirə aparıblar.
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...
İşğaldan azad olunmuş ərazilərə avtobus...