23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Azərbaycan və Rusiyanın Su Ehtiyatları agentliklərinin sədrləri arasında yüksəksəviyyəli ikitərəfli görüş keçirilib

19-11-2024
IMG

COP29 çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və Rusiya Federasiyasının Su Ehtiyatları Agentliyinin sədri Dmitriy Kirillov arasında yüksəksəviyyəli ikitərəfli görüş keçirilib.

Fhnews.az xəbər verir ki, görüşdə qlobal iqlim dəyişikliyinin təsirləri, transsərhəd su ehtiyatlarının idarə olunmasında tərəfdaşlığın vacibliyi, həmçinin Xəzər dənizindəki ekoloji problemlərin həlli ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər regional əməkdaşlığın gücləndirilməsi, innovativ həllərin inkişafı, birgə su ehtiyatlarının davamlı istifadəsini və qorunmasını təmin etmək üçün bilik mübadiləsinin əhəmiyyətini vurğulayıblar.

Qeyd olunub ki, bu görüş hər iki ölkənin davamlı su idarəçiliyini inkişaf etdirmək öhdəliyini bir daha nümayiş etdirir.

Paylaş: