COP29 çərçivəsində Azərbaycanın mədəniyyət naziri İordaniya şahzadəsi ilə görüşüb
Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti xanım Dana Firas arasında görüş keçirilib.
Mədəniyyət Nazirliyindən verilən məlumata görə, nazir bu mötəbər tədbirdə fəal iştirakına görə qonağa təşəkkürünü bildirib. Qeyd olunub ki, ölkələrimiz arasında qarşılıqlı etimada əsaslanan möhkəm əməkdaşlıq əlaqələri mövcuddur. Mədəniyyət sahəsində əlaqələri inkişaf etdirmək üçün də geniş perspektivlər var.
Xanım şahzadə ölkəmizə səfər etməsindən və yüksək səviyyədə təşkil olunan COP29 tədbirində iştirakından məmnunluğunu ifadə edib. O, səfər çərçivəsində Azərbaycan Dövlət Pantomima Teatrında dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərinin motivləri əsasında hazırlanan "Manqurt" tamaşasını maraqla izlədiyini, aktyorların ifasının onda dərin təəssürat doğurduğunu deyib.
Görüş zamanı COP29 çərçivəsində müzakirə olunan məsələlər, eləcə də iqlim və mədəni irs gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.
Bakıdakı Rus evində Alfred Şnitkeyə həsr...
Azərbaycan 21-ci Ankara Kitab...
Ağdam Şəhəri Günü ilə əlaqədar məlumat...
Mədəniyyət Nazirliyində “TikTok”...
Heydər Əliyev Fondunun vitse-prezidenti,...