23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

COP29 çərçivəsində iqlim mühakiməsi üzrə məhkəmə perspektivləri mövzusunda tədbir keçirilib
 

20-11-2024
IMG

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində "İqlim dəyişikliyi və məhkəmələr: İqlim mühakiməsi üzrə məhkəmə perspektivləri" mövzusunda keçirilən rəsmi yan tədbirində panelə sədrlik edib.

Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, Çingiz Əsgərov Azərbaycanda ekoloji hüquq sahəsində məhkəmə təcrübəsi və ölkəmizin beynəlxalq səviyyədə atdığı addımlar barədə tədbir iştirakçılarına məlumat verib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Konstitusiyasında sağlam ətraf mühitdə yaşamaq hüququ təsbit olunub, müvafiq qanunlarda və digər normativ-hüquqi aktlarda bu hüququn həyata keçirilməsi qaydası və təminatları müəyyən edilib.

Çingiz Əsgərov həmçinin ətraf mühitlə bağlı milli məhkəmələrin hökm və qərarlarının əhəmiyyətini qeyd edib və bu sahədə beynəlxalq tribunalların presedent hüququnun inkişafına töhfə verdiyini vurğulayıb.

Paylaş: