Meşələrin seyrəlməsi həşəratların rənginə təsir edir- TƏDQİQAT
Yeni Zelandiyada yaşayan milçəklərin rəngi meşənin sıxlığından asılı olaraq dəyişir. Qalın meşəlik ərazidə yaşayan milçəklərin rəngi qara olduğu halda, meşələr seyrəldikcə onların rəngi sarıya və boza doğru dəyişir.
Fhnews.az xəbər verir ki, bu barədə “Science” jurnalında dərc olunan məqalədə deyilir.
Məqalə müəllifləri bildirirlər ki, rəng canlılar üçün çox vacibdir. İlk növbədə özünü qorumaq, təbii düşmənlərindən gizlənmək üçün kamuflyajın həyati əhəmiyyəti var. Yeni Zelandiyada yaşayan milçəklərin rəngi qara olarsa açıq ərazidə dərhal seçiləcək.
Tədqiqatçılar bunun ilk hal olmadığı qənaətindədirlər. Avropada sənaye inqilabı dövründən meşələr hislə örtüldüyü zaman bəzi kəpənəklərin rəngi sarıdan qaraya dəyişmişdi.
İstanbulda qeyri-sabit hava ciddi...
THY İstanbuldan 38 uçuşu ləğv edib...
“Blue Origin” tarixdə 100-cü qadını...
Astronomlar sürətlə formalaşan yad...
Kanadada qızılca xəstəliyinə yoluxma...