Xarici media nümayəndələri üçün Qobustana mediatur təşkil olunub
Noyabrın 18-də Medianın İnkişafı Agentliyi və COP29 Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Qobustan Qaya Sənəti Mədəni Landşaftına və Qobustan Palçıq Vulkanlarına mediatur təşkil olunub.
Fhnews.az xəbər verir ki, UNESCO-nun maddi-mədəni irs siyahısına daxil edilmiş Qobustan Qaya Sənəti Mədəni Landşaftından başlayan mediaturda qonaqlar on minlərlə il əvvələ aid həyatı əks etdirən 6 mindən çox qədim petroqlifdən ibarət heyrətamiz kolleksiya ilə tanış olublar. Onlara Qobustan qaya rəsmləri, daş dövründə yaşamış insanların istifadə etdikləri musiqi aləti sayılan qavaldaş haqqında geniş məlumat verilib. Vurğulanıb ki, buradakı qədim qayaüstü təsvirlər ulu əcdadlarımızın min illər ərzində yaratdıqları maddi-mədəniyyət nümunəsidir.
Sonra xarici media nümayəndələri dünyanın ən nadir təbiət hadisələrindən biri hesab edilən, zəngin biomüxtəlifliklə əhatə olunan Qobustan Palçıq Vulkanlarına ekskursiya edib, “Qılınc” palçıq vulkanını yaxından izləyiblər. Bununla yanaşı, Palçıq Vulkanları Turizm Kompleksində jurnalistlərə palçıq vulkanlarının xüsusiyyətləri, təbii və müalicəvi özəllikləri, maketi və Azərbaycanın hər yerindən toplanmış 80-ə yaxın nadir mineral barədə məlumat verilib.
COP29-da Aİ və 25 ölkə kömür elektrik...
Şeyxülislam BMT-nin Sivilizasiyalar...
Laçın rayonunda zəlzələ olub...
HACCP sisteminin tətbiqi qida...
Bazar günü hava əsasən yağmursuz olacaq...