21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

BƏƏ naziri: COP29-da başlayan Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün şahidi olmaqdan çox şadıq

19-11-2024
IMG

İsti iqlimdə su qıtlığı problemi bir ölkə kimi bizim hər gün qarşılaşdığımız çətinlikdir. Bizim bu prosesdə yeniliklər etməkdən başqa seçimimiz yoxdur. Biz COP28-də qlobal ictimaiyyəti öz səylərini bizimlə bölüşməyə çağırdıq.

Fhnews.az xəbər verir ki, bu barədə BƏƏ-nin iqlim dəyişməsi və ətraf mühit naziri Amna Al Dahak "COP-dan COP-a aqrar-qida irsləri: qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda panel müzakirələrdə deyib.

"Biz iqlim probleminə cavab vermək, milli qida sistemlərini uyğunlaşdırmaq və dəyişdirmək üçün kollektiv şəkildə öhdəlik götürmüşük. Azərbaycanın ev sahibliyi etdiyi COP29-da başlayan Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün şahidi olmaqdan çox şadıq. Biz bu missiyanı irəliyə aparmaq üçün COP30-u səbirsizliklə gözləyirik", - deyə A.Al Dahak qeyd edib.

Paylaş: