Zoonoz epidemiyaların aşkarlanması üçün Milli Strategiya layihəsi hazırlanıb
Beynəlxalq təcrübəyə uyğun olaraq ölkəmizdə zoonoz epidemiyaların vaxtında aşkarlanması və çevik cavab tədbirlərinin görülməsi üçün aidiyyəti qurumlar birgə fəaliyyət göstərir.
Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədrinin müavini Zəkiyyə Mustafayeva COP29 çərçivəsində keçirilən Vahid Sağlamlıq Konfransında çıxışı zamanı bildirib.
O, zoonoz xəstəlikləri erkən aşkarlamaq üçün çevik mexanizmlərin yaradılması, böhran vəziyyətlərinin idarə olunması və məlumat mübadiləsi üçün vahid platformanın tətbiqi məqsədilə beynəlxalq ekspertlərlə əməkdaşlıq çərçivəsində aidiyyəti qurumlar tərəfindən Milli Strategiya layihəsi hazırlandığını və bu gün təqdim olunacağını diqqətə çatdırıb.
ANAMA-da İraqın Kürdüstan Regional...
Su iqlim fəaliyyətinin çox mühüm hissəsi...
AQTA sədri çörək istehsalı, dəyirman və...
“Uşaq və gənclərin NDC 3.0 prosesinə...
Aleksandr Sayer: COP29-dakı işimizi...