Kaveh Zahidi: İqlim böhranı ərzaq təhlükəsizliyini və əhalinin ən həssas təbəqələrini təhdid edir
Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “NDC 3.0 aqrar-qida sistemi üzrə iqlim ambisiyası və fəaliyyətinin gücləndirilməsi”nə dair panel müzakirələri keçirilib.
Fhnews.az xəbər verir ki, tədbirdə NDC 3.0 (3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr) üzrə aqro-ərzaq sisteminin iqlim ambisiyası və fəaliyyətinin təkmilləşdirilməsinə dair müzakirələr aparılıb. Kənd təsərrüfatının iqlim dəyişikliyinin yaranmasında, eləcə də onun təsirləri ilə üzləşilməsindəki rolundan söz açılıb. Bildirilib ki, iqlim dəyişikliyi, o cümlədən quraqlıqlar, daşqınlar və ərzaq təhlükəsizliyini təhdid edən dəyişkən hava şəraiti də daxil olmaqla, kənd təsərrüfatı üçün ciddi problemlər yaradır. Aqro-ərzaq sistemlərinin daha dayanıqlı olması üçün hərəkətə keçməyin vaxtıdır. Ölkələrin emissiyalarının azaldılması və iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliklərini göstərmək üçün istifadə etdikləri Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin NDC 3.0 adlanan üçüncü raundunda həmin dövlətlərin iqlim ambisiyalarını artırmaq şansı var.
Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev bildirib ki, Azərbaycan kənd təsərrüfatı vasitəsilə iqlim dəyişikliyinin həllinə sadiqdir. Ölkədə kənd təsərrüfatını daha dayanıqlı etmək üçün su idarəçiliyini təkmilləşdirmək, daha təmiz enerjiyə keçid etmək və iqlim problemlərinə uyğunlaşmaqda fermerlərə dəstək kimi mühüm addımlar atılır. Azərbaycanın yenilənmiş NDC-də kənd təsərrüfatı üçün daha iddialı hədəflər nəzərdə tutulur. Emissiyaların azaldılmasına, fermerlərin dayanıqlılığının artırılmasına və təbii sərvətlərimizin qorunmasına diqqət yetirilir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Kaveh Zahidi iqlim böhranının ərzaq təhlükəsizliyini və əhalinin ən həssas təbəqələrini təhdid etdiyini qeyd edib. Bildirib ki, dünyadakı ifrat yoxsul insanların 80 faizi kənd yerlərində yaşayır və bərabərsizliyi dərinləşdirən hadisələrlə daha tez-tez üzləşirlər. Davamlı kənd təsərrüfatı sistemləri insanları təhlükədən çıxara və iqlim, biomüxtəliflik, torpaq və aclıq kimi bir-biri ilə əlaqəli problemləri həll edə bilər. O qeyd edib ki, FAO-nun apardığı qlobal təhlil iqlimə davamlılıq üçün aqro-ərzaq sistemlərinin tam potensialını məhdudlaşdıran emissiyalar, kapital və maliyyə boşluqlarını aşkar edir.
BMT NDC-lərin üçüncü raundunu (NDC 3.0) korrektə etmək, 1,5°C-yə və Qlobal Adaptasiya Məqsədinə nail olmaq, milli yolların yenidən qurulmasına dəstək vermək üçün sistemli cavab tədbirləri lazımdır. Koordinasiya edilmiş təklifi hazırlamaq və ölkələrə çatdırmaq üçün BMT sistemi üzrə təcrübədən və etibarlı tərəfdaşlıqdan istifadə olunur.
Aleksandr Sayer: COP29-dakı işimizi...
Çin şirkəti ilə bərpaolunan enerji...
Leyla Əliyeva COP29 çərçivəsində nadir...
COP29 çərçivəsində “EkoSfera”...
COP29 çərçivəsində Rio-Trio Təşəbbüsünə...