Malayziya pavilyonunda Qarabağdakı yaşıl şəhər layihələrindən danışılıb
Bakıda keçirilən COP29 çərçivəsində Malayziyanın pavilyonunda “İqlim Dayanıqlığı və Yaşıl Tikinti: Gələcəyə Davamlı Şəhərlər üçün Davamlı Şəhər Dizaynı” adlı panel müzakirəsi keçirilib.
Fhnews.az xəbər verir ki, panel müzakirələri zamanı şəhərlərin iqlim dəyişikliyinə davamlılığının artırılmasında dayanıqlı şəhər dizaynı və yaşıl tikinti təcrübələrinin roluna diqqət yetirilib.
Eyni zamanda, münaqişələrin yaratdığı məcburi köçkünlər, onların üzləşdiyi problemlərdən danışılıb. Azərbaycanın yaşıl şəhər layihəsinə sərmayə qoyan ölkələrdən olduğu qeyd edilib, ölkəmizin bu layihə çərçivəsində həyata keçirdiyi işlərdən danışılıb.
Panel müzakirələri zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində - Zəngilan, Zəngəzur və Füzulidə məcburi köçkünlərin qayıdışı üçün salınmış yaşıl şəhər layihələr təqdim olunub və onlar haqqında ətraflı məlumat verilib.
Ölkəmizin yaşıl şəhər layihəsi çərçivəsində yerli mühitləri yaxşılaşdırmaq üçün yeni layihələr icra etdiyi bildirilib.
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...
Braziliyalı nazir: Karbon bazarlarının...
COP29-da İtki və Zərər Fondunun tam...
COP29-un yekun qərarlarından birində...
COP29-un bağlanış plenar iclasında Paris...