Sabah Sabiha Gökçen hava limanında bəzi reyslər ləğv ediləcək
İstanbulda gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar Sabiha Gökçen Hava Limanında sabah saat 15.00-a qədər həyata keçirilməsi planlaşdırılan uçuşların bəziləri ləğv edilib.
Sabiha Gökçen Hava Limanı Müdirliyi Hava Limanının İdarə Edilməsi və Aviasiya Sənayesi A.Ş. tərəfindən edilən açıqlamada bildirilir ki, Sabiha Gökçen Hava Limanında gözlənilən meteoroloji şərtlərlə əlaqədar olaraq Meteoroloji Fövqəladə Hallar Komitəsi tərəfindən sabah saat 15.00-a qədər uçuşların yüzdə 10-u ləğv ediləcək.
Açıqlamada sərnişinlərə uçuşların son vəziyyətini müvafiq aviaşirkətin internet saytından və zəng mərkəzlərindən izləmələri tövsiyə edilib.
Dünyanın ilk tam robotik qoşa ağciyər...
Pergedəki Qədim Kestros bulağından 1800...
Sabah Sabiha Gökçen hava limanında bəzi...
Çin vizasız səyahət üçün müraciət...
Dünyanın ən böyük oyun kartı Ginnesin...