Ədliyyə orqanlarına test imtahanı dekabrın 1-də keçiriləcək
Ədliyyə Nazirliyi tərəfindən ədliyyə orqanlarında qulluğa qəbulla bağlı cari ildə elan edilmiş müsabiqə üzrə sənədləri qəbul edilmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dekabrın 1-də saat 10:00-da DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) kompüterlər vasitəsilə keçiriləcək.
Namizədlərin diqqətinə çatdırılır ki, qanunvericiliyə uyğun olaraq test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsasda keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, ədliyyə orqanlarına qulluğa qəbul ilə əlaqədar sənədləri qəbul edilmiş namizədlər noyabrın 25-dək (saat 11:00-ə qədər) https://exidmet.dim.gov.az/elimt/JusticeTest linkə keçid edərək və imtahanda iştirak haqqını ödəyərək qeydiyyatdan keçə bilərlər.
Namizədlər imtahana buraxılış vərəqəsini qeydiyyat bitdikdən sonra – imtahana 3-4 gün qalmış DİM-in saytında müvafiq xidmət vasitəsilə çap edə biləcəklər.
Müsabiqənin keçirilməsi ilə bağlı zəruri metodiki vəsaitlərlə namizədlər nazirliyin rəsmi saytında “Qulluğa qəbul” bölməsində və elektron kabinetlərində tanış ola bilərlər.
Test imtahanında iştirak edəcək namizədlər buraxılış qaydalarına uyğun olaraq imtahana 1 saat əvvəl gəlməli və imtahana buraxılış vərəqəsi ilə şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.
İmtahanda namizədlərə 80 sual qanunvericilik və 20 sual məntiqi təfəkkür üzrə olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi təfəkkür üzrə hər sual 0.5 balla qiymətləndiriləcək. Test imtahanından keçid balı 55-dir. Qanunvericilik üzrə sualların hazırlanmasında istifadə olunan normativ-hüquqi aktlarla namizədlər link vasitəsilə tanış ola bilərlər.
Qaydalara əsasən test imtahanından uğur qazanmış və təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.
Əlavə məlumatları nazirliyin rəsmi saytından, eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
Aleksandr Sayer: COP29-dakı işimizi...
Çin şirkəti ilə bərpaolunan enerji...
Leyla Əliyeva COP29 çərçivəsində nadir...
COP29 çərçivəsində “EkoSfera”...
COP29 çərçivəsində Rio-Trio Təşəbbüsünə...