21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Nazir: Şəhər infrastrukturu və enerji səmərəli binalara sərmayəni artırmaq üçün daha güclü tərəfdaşlıqlara ehtiyac var

20-11-2024

Şəhərlərdə iqlim maliyyələşməsi kritik bir məsələdir. Şəhər infrastrukturuna, enerji səmərəli binalara və dayanıqlı nəqliyyat sistemlərinə sərmayəni artırmaq üçün innovativ maliyyələşmə mexanizmlərinə və daha güclü tərəfdaşlıqlara ehtiyac var.

Fhnews.az xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən Şəhərsalma və iqlim dəyişikliyi üzrə yüksəksəviyyəli nazirlərin görüşü zamanı ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, bu, yalnız iqlim risklərinin aradan qaldırılması ilə bağlı deyil, həm də iqtisadi artım imkanları, iş yerlərinin yaradılması və şəhər əhalisi üçün həyat keyfiyyətinin yaxşılaşdırılması deməkdir. Nazir bildirib ki, çoxsəviyyəli əməkdaşlıq həyati əhəmiyyət daşıyır.

“Gələcəyə baxaraq, gəlin Urbanizyasiya Günü ərzində aparılan bu müzakirələrdən istifadə edərək əməkdaşlığımızı dərinləşdirək, praktiki həlləri müəyyənləşdirək və gələcək üçün iddialı hədəflər qoyaq. Həmçinin bu görüşün nəticələrini qlobal gündəmə inteqrasiya edərək irəli aparmaq öhdəliyi götürək. Biz bütün milli hökumətləri, həmçinin özəl və ictimai tərəfdaşları bu məqsədlər uğrunda birləşməyə və sıx əməkdaşlıq etməyə çağırırıq”.

Paylaş: