21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

BƏƏ süni intellektlə bulud yaradır

19-11-2024
IMG

Birləşmiş Ərəb Əmirlikləri ölkə daxilində bulud səpilməsi ilə süni intellektə tapşırıq verərək yağışların səviyyəsini artırmağı planlaşdırır.

Birləşmiş Ərəb Əmirliklərinin Yağışların Gücləndirilməsi Elmi Tədqiqat Proqramı Əbu-Dabidəki Milli Meteorologiya Mərkəzinin baş qərargahında keçirilən tədbirdə yeni planlarını açıqlayıb.

“Time Out Dubai”nin hesabatına görə, BƏƏ-nin planına süni intellekt  ilə quraq torpaqlarının həllinin tapılması da daxildir. Dubayda və ölkənin qalan hissəsində gündəmdə olan bulud səpmə texnikasının süni intellekt tərəfindən idarə olunmasına qərar verilib.

Tətbiq buludların içinə hissəciklər yerləşdirərək, yağışın yağmasına səbəb olaraq süni şəkildə yağış istehsal etməyi hədəfləyir. İnkişaf etmiş iqtisadiyyatına baxmayaraq, quraqlıq səbəbindən məhsuldarlıq problemi yaşayan və bir çox məhsulunu xaricdən idxal etmək məcburiyyətində qalan BƏƏ-də münbit torpaqlar üçün yağış hələ də ən mühüm vasitədir.

BƏƏ Milli Meteorologiya Mərkəzinin  baş direktoru və Dünya Meteorologiya Təşkilatının rəhbəri Abdulla Əl Mandous da innovativ üsulları quraqlığın həlli kimi qiymətləndirir. Mütəxəssislər qlobal su təhlükəsizliyini təmin etmək üçün daha qeyri-ənənəvi üsulların nəzərdən keçirilməli olduğunu deyirlər.

Mandousun sözlərinə görə, ölkədə keçirilən Beynəlxalq Yağış Artırma Forumu yağışların artırılması sahəsində ən son elmi və texnoloji nailiyyətləri müzakirə etmək və su qıtlığını həll etmək üçün innovativ həlləri araşdırmaq üçün əsas qlobal platforma olacaq.

Paylaş: