21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Rəsədxana: Geomaqnit sahəsinin sakit və aktiv səviyyələrdə olacağı gözlənilir

18-11-2024
IMG

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan verilən məlumata görə, Günəşin fəallığı azalıb. Son həftə ərzində geomaqnit qasırğası baş verməyib.

Noyabrın 18-24-də C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 50 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı gözlənilir. 10 MeV-dən çox enerji yüklü proton selinin isə 20 noyabrda yüksəlməsi ehtimalı var.

Günəş küləyinin sürətinin tac kütlə atılmaları, həmçinin müsbət qütblü yüksəksürətli tac dəliyi axınlarının təsiri ilə yüksələcəyi gözlənilir.

Paylaş: