21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi müzakirə edilir

18-11-2024
IMG

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilir.

Fhnews.az xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə edilir.

Müzakirədə maliyyə naziri Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Mərkəzi Bankın sədri Taleh Kazımov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və digər rəsmi şəxslər iştirak edirlər.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 316 milyon manat, xərcləri 41 milyard 367 milyon 600 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 37 milyard 520 milyon 952 min manat, yerli gəlirləri 795 milyon 48 min manat, mərkəzləşdirilmiş xərcləri 40 milyard 567 milyona 265 min manat, yerli xərcləri 800 milyon 335 min manat) məbləğində proqnozlaşdırılıb.

Paylaş: