Gələn il Azərbaycan davamlı meşəçilik və biomüxtəlifliklə bağlı beynəlxalq konfransa ev sahibliyi edəcək
Meşə maliyyələşdirməsi ilə bağlı məlumat mübadiləsi və biliklərin idarə edilməsi üçün qlobal arxitektura gücləndirilməlidir. Meşə maliyyələşdirmə imkanları, bilik mübadiləsi və ən yaxşı təcrübələr üçün qlobal mərkəz yaratmaqla şəffaflığı artıra, əməkdaşlığı gücləndirə və effektiv fəaliyyəti təşviq edə bilərik.
Fhnews.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün meşələr: meşələr üçün iqlim maliyyəsindən istifadə” mövzusunda yüksək səviyyəli tədbirdə deyib.
Gələn ilin iyununda Azərbaycanın “Davamlı meşəçilik və biomüxtəliflik üçün sinergiya: yaşıl dünya üçün əməkdaşlıq dialoqu” mövzusunda beynəlxalq konfransa ev sahibliyi edəcəyini vurğulayan nazir müavini bildirib: “Bu tədbir meşəçilik və biomüxtəlifliyin qorunması sahəsində əsas çağırışları həll etmək, tərəfdaşlığı gücləndirmək və qlobal dayanıqlılıq üçün innovativ həlləri təşviq etmək məqsədilə qlobal ekspertləri, siyasətçiləri və maraqlı tərəfləri bir araya gətirəcək. Bu mühüm tədbirdə iştirakınızı səbirsizliklə gözləyirik. Mən sizin hamınızı təkcə meşələri qoruyub bərpa etməyən, həm də onların bəşəriyyət üçün davamlı resurs kimi əsas rolunu tanıyan konkret addımlar atmağa çağırıram. Buna nail olmaq üçün meşələrin qırılmasına və ekosistemlərin deqradasiyasına qarşı mübarizə aparan siyasətləri gücləndirməliyik”.
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...
Umayra Tağıyeva: “Bakıdan Belenə” sadəcə...