COP29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib
Noyabrın 20-də COP 29 çərçivəsində “City for People in Baku: Transforming Urban Spaces for a Sustainable Future” (Bakıda İnsanlar Üçün Şəhər: Davamlı Gələcək Naminə Şəhər Məkanlarının Dəyişdirilməsi) şuarı altında tədbir keçirilib.
Tədbirdə AYNA-nın sədr müavini Heydər Rüstəmov, Bakıda mövzuya aid sahədə görülən işlər, ekosistemin sağlamlığının təkmilləşdirilməsi və şəhərin davamlılıq naminə həyata keçirilən və planlaşdırılan layihələr haqqında məlumat verərək açılış nitqi ilə çıxış edib. Həmçinin, nəqliyyat üzrə ekspert Vüsal Rəcəbli, 'City for People' konsepti ilə bağlı fikirlərini bölüşüb.
Sonra Bakıda özəl sektor tərəfindən ekoloji islahatların dəstəklənməsi məqsədilə keçirilən tədbirlər barədə məlumatlar təqdim olunub və panel sessiyasında müzakirə edilib. Bolt şirkətinin Azərbaycandakı səfər sifarişi xidmətinin rəhbəri Naim Əzizov qeyd edib ki, “Bolt mikromobillik, xüsusilə velosiped və skuter yolları üçün rahat və təhlükəsiz infrastruktur yaratmaq məqsədi ilə əməkdaşlıqları genişləndirir. Həmçinin 2024-cü ilin iyul ayından başlayaraq Bolt-un bütün Avropada elektrikli avtomobilləri yaymaq üçün hədəfli planının bir hissəsi olaraq Bakının küçələrinə yeni avtomobillər əlavə edilib.
Ümumilikdə Azərbaycanda 700-ə yaxın elektrikli avtomobil fəaliyyət göstərir. Artıq qeyd edə bilərik ki, aylıq attraksionların 1 faizi elektrikli nəqliyyat vasitələri (EV) tərəfindən həyata keçirilir”.
AmCham Heyətinin icraçı direktoru Gülnarə Aslanbəyli davamlılıq mövzusunda verilən tövsiyələri bölüşərək, EV-in ƏDV və idxal rüsumlarından tam azad edilməsi, 3000 enerji doldurma stansiyasının yaradılması və mühüm hədəf olaraq 2030-cu ilədək avtobus parkının 30 faizinin elektrikləşdirilməsi barədə məlumat verib.
Mövzunun davamı olaraq, KPMG şirkətinin hüquq departamentinin rəhbəri və direktoru Seymur Niftaliyev 2024-cü il ərzində mobilliyin inkişafına dair bir neçə tənzimləyici dəyişiklik, o cümlədən yeni parkinq sistemi ilə tanışlıq, taksi və taksi sürücülərinə dair yenilənmiş tələblər, elektrik avtomobillərin istifadəsi haqqında danışıb.
Görüşün sonunda xüsusi qonaq qismində dəvət olunan, Bakıya 6500 kilometrdən çox məsafəni velosipedlə qət edən COP 29 velosiped sürmə komandasının üzvü Giyem Otraj (Guillaume Otrage, COP29 Bike Team) davamlılıq mövzusunda və iqlim dəyişiklikləri ilə bağlı düşüncələrini bölüşüb.
Qeyd edək ki, panel sessiyası Bolt şirkətinin Dövlət siyasəti üzrə rəhbəri Paşayeva Maarifə tərəfindən aparılıb.
COP29 çərçivəsində “City for People in...
Nazir Rəşad Nəbiyev çilili həmkarı ilə...
Cin Baderşnayder: Təzyiqlərə baxmayaraq,...
Nazir Pərviz Şahbazov “İstanbul Enerji...
“Azərbaycan Dəmir Yolları” “Rhenus...