22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Osman Həmdi bəyin tablosu Parisdə 571 min 500 avroya satılıb

21-11-2024
IMG

Türkiyə sənət tarixinin ən önəmli rəssamlarından biri, “Tısbağa Tərbiyəçisi” adlı məşhur əsərin sahibi Osman Həmdi bəyin “Bursa Ulu Məscidinin Cəbhəsi” tablosu Parisdə hərracda yüksək məbləğə satılıb. 1879-cu ilə aid olan tabloya 571 min 500 avro verilib.

Məlumat üçün qeyd edək ki, Osman Həmdi Bəyin 1880-ci ildə çəkdiyi "Quran oxuyan qız" əsəri 2019-cu ildə Londonun Bohams muzeyindəki hərracda rekord qiymətə satılıb. Əsər təxminən 13,2 milyon manat dəyərində  satılıb. Bununla da Türkiyənin ən bahalı rəsm əsəri olub. Osman Həmdi Bəyin bundan əvvəl "Tısbağa tərbiyəçisi" əsəri  5 milyon türk lirəsinə, yəni  təxminən 1,5 milyon manata, "Yaşıl məscidinin qabağı" əsəri isə 13,5 milyon türk lirəsinə (təxminən 4 milyon AZN) satılıb.

Paylaş: