Türkiyəli nazir müavini: Azərbaycanın milli adaptasiya planı iqlim dəyişikliyinin təsirlərinə qarşı çox mühüm addımdır
Son illər həm dünyada, həm də Türkiyədə iqlim dəyişikliyinin yaratdığı fəlakətlərlə mübarizə dövrü başlayıb. İndi biz iqlim dəyişikliyinin təsirlərini hər sahədə hiss edirik. Bildiyimiz kimi, coğrafiyamız iqlim dəyişikliyinin mənfi təsirlərinə ən həssas regionlardan biridir. Bu kontekstdə iqlim dəyişikliyinin təsirlərini azaltmaq və uyğunlaşma meyillərini müəyyənləşdirmək üçün adaptasiya planının həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. İqlim dəyişikliyinin regional təsirlərinin başa düşülməsi, prioritet sektorun təyin edilməsi, elmi əsaslı və real fəaliyyətlərin müəyyənləşdirilməsi ölkələrin iqlimə davamlılığını artıracaq. Bu kontekstdə biz qardaş ölkə Azərbaycanın milli adaptasiya planının həyata keçirilməsini onun iqlim dəyişikliyinin mənfi təsirlərinə qarşı dayanıqlığının artırılması istiqamətində çox mühüm addım kimi görürük.
Fhnews.az xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişmələri nazirinin müavini Fatma Varank “Qafqaz dağları və ətrafı üçün dayanıqlılıq tədbirləri: milli adaptasiya planları (MAP) və regional yanaşmalar” mövzusunda tədbirdə deyib.
Nazir müavini bildirib ki, Türkiyə iqlim dəyişikliyinin təsirlərinə ən həssas bölgələrdən biri olan Aralıq dənizi hövzəsində yerləşir. Aralıq dənizi hövzəsində müşahidə olunan orta temperatur artımı 1,5 dərəcəni keçib və 2 dərəcəyə doğru gedir. Bu vəziyyətin təsirləri xüsusilə Türkiyədə özünü göstərir. Ölkədə iqlim dəyişikliyi ilə əlaqədar meşə yanğınları, tufan, sel, dolu və isti dalğaları kimi fəlakətlərin artması müşahidə olunur. Bütün bunlar iqlim dəyişikliyi ilə mübarizədə daha qətiyyətli addımlar atılmalı olduğunu labüd edir.
“Qarşıdakı illərdə iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsi, itki və zərərlərin azaldılması, risklərin idarə edilməsi və həmin risklərdən yaranan imkanların qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Buna görə də uyğunlaşma fəaliyyət planları bu təsirlərin öhdəsindən gəlmək və iqlim dəyişikliyinin təsirləri üçün sektoral fəaliyyətləri müəyyən etmək üçün yol xəritəsi olacaq.
Bu kontekstdə iqlim dəyişikliyinin yaratdığı fəlakətlərlə mübarizə və ölkəmizin dayanıqlığının artırılması üçün iqlim dəyişikliyinə uyğunlaşma strategiyası və fəaliyyət planı hazırlamışıq. Fəaliyyət planında 11 prioritet sektor müəyyən edilib, risklərin təhlili nəticəsində ümumilikdə 40 strategiya və 129 fəaliyyət müəyyən edilib”, - deyə F.Varank qeyd edib.
COP29-da Aİ və 25 ölkə kömür elektrik...
Şeyxülislam BMT-nin Sivilizasiyalar...
Laçın rayonunda zəlzələ olub...
HACCP sisteminin tətbiqi qida...
Bazar günü hava əsasən yağmursuz olacaq...