Pakistan 2030-cu ilə kimi karbon emissiyasını 30 faizə qədər azaltmağı planlaşdırır
Bakıda keçirilən COP29 çərçivəsində “Lahor Sənayesinin Karbonsuzlaşdırılması” mövzusunda sessiya təşkil olunub.
Fhnews.az xəbər verir ki, sessiyada Pakistanın Pəncab vilayətinin Ətraf Mühitin Mühafizəsi və İqlim Dəyişmələri Departamentinin rəhbəri İmran Həmid təqdimatla çıxış edib. Nəzərə çatdırıb ki, Pəncab vilayəti Pakistanın sənayə cəhətdən inkişaf etmiş vilayətidir və burada karbon qazının atmosferə tullanması daha çox müşahidə edilir. Sənaye müəssisələrinin həddən artıq karbon ixrac etməsi bir sıra problemlər yaradır. Bu problemlərdən biri iqlim dəyişmələridir. Pakistanda son illər aramsız yağan yağışlar selə səbəb olur və bu da öz növbəsində kənd təsərrüfatının inkişafına imkan vermir. Həmçinin əhalinin miqrasiyasına gətirib çıxarır. Bu kimi problemlərin həlli üçün karbonsuzlaşma ilə bağlı tədbirlər həyata keçirilir.
Təqdimatda qeyd olunub ki, Pakistanın təbiəti yaşıl enerji istehsalını daha da artırmağa imkan verir. Pakistan hökuməti yaşıl enerji istehsalına sərmayə yatırmaq üçün bir sıra xarici şirkətləri ölkəyə dəvət edib. Artıq Pəncab vilayətində külək və günəş enerjisi əldə etmək üçün stansiyalar inşa olunur. Vilayətdə avtomobil parkına da ciddi nəzarət edilir. Avtomobillərin çoxluğu havanın çirklənməsinə səbəb olan amillərdən biridir. Buna görə də vilayətdə elektromobillərin gətirilməsi üçün əlverişli şərait yaradılır.
Vurğulanıb ki, dövlət tərəfindən həyata keçirilən tədbirlərlə 2030-cu ilə kimi Pakistan karbon emissiyasını 30 faizə qədər azaltmağı planlaşdırır.
Təqdimatdan sonra müzakirələr keçirilib. Pakistanın iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə məlumat verilib, videoçarx nümayiş etdirilib.
ANAMA-da İraqın Kürdüstan Regional...
Su iqlim fəaliyyətinin çox mühüm hissəsi...
AQTA sədri çörək istehsalı, dəyirman və...
“Uşaq və gənclərin NDC 3.0 prosesinə...
Aleksandr Sayer: COP29-dakı işimizi...