21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Türkiyəli nazir: COP29 yeni əməkdaşlıq yollarının formalaşmasında dönüş nöqtəsidir

19-11-2024
IMG

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iştirakçılarını Ankaranın nəqliyyat sektorunun rəqəmsallaşdırılması üzrə səyləri barədə məlumatlandırma planlarını açıqlayıb.

Fhnews.az xəbər verir ki, Türkiyə Nəqliyyat Nazirliyinin rəhbəri çərşənbə günü, noyabrın 20-də “Davamlı və rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənarda” mövzusunda nazirlərin dəyirmi masasının keçiriləcəyi Azərbaycana səfəri öncəsi jurnalistlərə açıqlama verib.

O qeyd edib ki, Bakıda keçiriləcək iqlim sammitinin iştirakçıları ilə Türkiyənin nəqliyyat təşkilatında rəqəmsal texnologiyalardan istifadə təcrübəsi haqqında məlumat paylaşacaq, həmçinin bu sahədə beynəlxalq əməkdaşlıq imkanlarını müzakirə edəcək.

Türkiyənin nəqliyyat naziri qeyd edib ki, Bakıda keçiriləcək müzakirələr zamanı “yaşıl” şəhər nəqliyyat əlaqələrinin inkişafına yönəlmiş infrastruktur layihələrinə xüsusi diqqət yetiriləcək.

A.Uraloğlu bildirib: “Digər məsələlərlə yanaşı, elektrik avtobuslarının sayının artırılması, intellektual nəqliyyat sistemlərinin tətbiqi, ətraf mühitə atılan tullantıların azaldılması məsələlərinə baxılması nəzərdə tutulur. Əminəm ki, şəhər mühitində ictimai nəqliyyat sistemində gələcək islahatlar ətraf mühitin mühafizəsi və dayanıqlı inkişafın təmin edilməsi səylərinin tərkib hissəsidir”. Nazir Azərbaycanda keçirilən iqlim sammitini “yeni əməkdaşlıq yollarının formalaşması üçün dönüş nöqtəsi” adlandırıb. O, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması mövzusuna toxunaraq vurğulayıb ki, bu məqsədə yalnız dövlətlər arasında sıx qarşılıqlı əlaqə vasitəsilə nail olmaq olar.

Nazir Orta Dəhlizin rəqəmsallaşdırılmasının bu nəqliyyat arteriyasının səmərəliliyini artıracağına əminliyini ifadə edib.

Paylaş: