Neft-Kimya Prosesləri İnstitutunda Misir nümayəndə heyəti ilə əməkdaşlıq məsələləri müzakirə edilib
Misir ali təhsil nazirinin müavini Husaməddin Məhəmməd Osman, Milli Tədqiqat İnstitutunun direktoru Fəcr Abdul Cavad və Misir səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Tarek Mohammad Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun qonağı olublar.
İnstitutdan verilən məlumata görə, görüş COP29 çərçivəsində beynəlxalq əməkdaşlığın inkişafı və elmi innovasiyaların müzakirəsi məqsədilə təşkil olunub.
Qonaqlara institutda həyata keçirilən elmi-tədqiqat işləri və innovativ layihələr barədə ətraflı məlumat verilib.
Görüş zamanı neft-kimya sənayesinin inkişaf perspektivləri, birgə layihələrin həyata keçirilməsi və müasir texnologiyaların tətbiqi imkanları geniş müzakirə olunub. Husaməddin Məhəmməd Osman Neft-Kimya Prosesləri İnstitutunun əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, bu sahədə beynəlxalq əməkdaşlığın və bilik mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb.
Görüşün sonunda tərəflər davamlı elmi əlaqələrin qurulması və COP29 çərçivəsində nəzərdə tutulan layihələrin uğurla həyata keçirilməsi istiqamətində birgə əməkdaşlıq niyyətlərini ifadə ediblər.
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...
Azərbaycan ali təhsil müəssisələrinin QS...