21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Baş direktor: Çin və ABŞ-ın NDC-ləri qlobal istiləşməni 1,5 dərəcədə məhdudlaşdırmaq hədəfinə uyğun gəlmir

21-11-2024
IMG

Gəncləri Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC) cəlb etmək olduqca zəruridir. Çünki onlar böyük potensiala malikdirlər.

Fhnews.az xəbər verir ki, bu barədə “Care about Climate” təşkilatının baş direktoru Heyli Kembel “Uşaqların və gənclərin NDC 3.0 prosesinə məzmunlu cəlb edilməsi: İrəliləyişlər və nailiyyətlər üzrə inventarlaşdırma” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, gender bərabərliyi və gənclərin cəlb edilməsi məsələləri ilə məşğul olan ölkələr Paris Sazişinə uyğun olaraq karbon emissiyaların azaldılması istiqamətində daha çox səylər göstərirlər: “Bundan əlavə hesabatımızda göstərilir ki, bəzi ölkələrin, o cümlədən Çin və ABŞ-ın Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələri (NDC) qlobal istiləşməni 1,5 dərəcədə məhdudlaşdırmaq hədəfinə uyğun gəlmir”.

Paylaş: