Uruqvaylı nazir: Kiçik fermer təsərrüfatlarının dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir
Kənd təsərrüfatında yeni çağırışlara cavab olaraq, COP29-da torpaq və su resurslarından səmərəli istifadə, resursqoruyucu yanaşmaların tətbiqi, ətraf mühitin mühafizəsi, dayanıqlı və innovativ təsərrüfatçılıq ənənələri mövzularında müzakirələr aparılacaq. Düşünürəm ki, müzakirələr hər bir ölkənin bu sahədə fəaliyyətinə daha səmərəli yol açacaq.
Fhnews.az xəbər verir ki, bunu Uruqvayın kənd təsərrüfatı və heyvandarlıq naziri Fernando Mattos Kosta İqlimə dayanıqlı kənd təsərrüfatı təcrübələrinin inkişafı üzrə yüksəksəviyyəli nazirlər görüşündə çıxışı zamanı deyib.
Fernando Mattos Kosta bildirib ki, iqlim dəyişikliyi fonunda məhdud torpaq və su resursları kənd təsərrüfatı məhsullarının istehsalı prosesinə təzyiq edir. Kiçik fermer təsərrüfatlarının dəstəklənməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyən nazir onlara dəstəyin zəruri olduğunu diqqətə çatdırıb.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...