21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Ceyson Morisson: Bu gün su ehtiyatlarının idarə edilməsinə dair Bakı Bəyannaməsi qəbul ediləcək

21-11-2024

“Bu gün su ehtiyatlarının idarə edilməsinə dair Bakı Bəyannaməsi qəbul ediləcək”.

Fhnews.az xəbər verir ki, bu barədə BMT-nin Qlobal Sazişin Su Mandatının rəhbəri Ceyson Morisson COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

“İqlim dəyişikliyinin yumşaldılmasına gəldikdə, biz kifayət qədər sürətlə hərəkət etmirik, ambisiyalarımız kifayət qədər yüksək deyil və nəticələrimiz hələ də hədəflərimizdən geri qalır.

Eyni zamanda, biz iqlim dəyişikliyinə uyğunlaşmağın və davamlılığın artırılmasının vacibliyini daha çox dərk edirik. Bu və növbəti konfransda su və iqlim dəyişikliyinə uyğunlaşma qlobal uyğunlaşma gündəliyi ilə müşayiət olunan əsas müzakirə mövzularına çevrilir.

Ümid edirəm ki, biz bu gün dərc olunacaq Bakı Bəyannaməsinə əsaslanaraq, gələn il Braziliyada keçiriləcək növbəti konfransa doğru bu sürəti artıracağıq", - deyə BMT nümayəndəsi əlavə edib.

Paylaş: