COP29 çərçivəsində “İnklüzivlik Günü” ilə bağlı rəqs proqramı nümayiş etdirilib
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İnklüzivlik Günü” ilə əlaqədar “DanceAbility Azerbaijan” sosial müəssisəsi tərəfindən rəqs proqramı nümayiş etdirilib.
Fhnews.az xəbər verir ki, tədbir Yaşıl Zonadakı İncəsənət Pavilyonunda baş tutub. “DanceAbility Azerbaijan”nın təsisçisi Nigar Sultanova çıxış edərək, qrupun məqsəd və fəaliyyəti haqqında məlumat verib. N.Sultanova inklüziv rəqs platformasının əlilliyi olan şəxslərlə və sağlam fərdlərlə birgə rəqs etməyi, eyni zamanda, əlçatanlıq və inklüzivlik mövzularında maarifləndirmə aparmağı hədəflədiklərini vurğulayıb.
Tədbirdə, həmçinin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov və ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi iştirak edərək inklüzivlik və əlçatanlıq mövzularına olan dəstəklərini ifadə ediblər.
Aleksandr Sayer: COP29-dakı işimizi...
Çin şirkəti ilə bərpaolunan enerji...
Leyla Əliyeva COP29 çərçivəsində nadir...
COP29 çərçivəsində “EkoSfera”...
COP29 çərçivəsində Rio-Trio Təşəbbüsünə...