İsmail Belen: Meşələr və meşəçilər olmadan iqlim dəyişikliyi problemləri ilə mübarizə aparmaq mümkün deyil
“Azərbaycan COP29-a ev sahibliyi etməklə möhtəşəm işlər görüb. Buna görə öz təbriklərimi çatdırmaq istəyirəm”.
Fhnews.az xəbər verir ki, bu fikirləri UNFF20-nin sədri İsmail Belen COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün meşələr: Meşələr üçün iqlim maliyyəsindən istifadə” mövzusunda yüksəksəviyyəli tədbirdə çıxışı zamanı səsləndirib. O bildirib: “Əvvəlcədən deyə bilərəm ki, iqtisadiyyat olmasa, ekologiyadan danışmaq mümkün deyil. Beynəlxalq danışıqlar üçün meşəçilik bütün aspektlərə, xüsusilə iqlim dəyişikliyi, biomüxtəliflik, səhralaşma ilə mübarizə məsələlərinə daxil edilməlidir”.
İxtisasca meşə mühəndisi və 35 ildən çox təcrübəsi olan İsmail Belen əlavə edib: “Meşələr və meşəçilər olmadan iqlim dəyişikliyi problemləri ilə mübarizə aparmaq mümkün deyil. Ona görə də biz burada olmalıyıq və meşə bizim prioritet sahəmiz olmalıdır”.
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...
Braziliyalı nazir: Karbon bazarlarının...
COP29-da İtki və Zərər Fondunun tam...
COP29-un yekun qərarlarından birində...
COP29-un bağlanış plenar iclasında Paris...