23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

23-11-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Gəncə Regional Mərkəzi tərəfindən Şəmkir şəhər, Morul tam orta məktəbində, Gəncə Dünya Məktəbində, Gəncə Dövlət Milli Dram TeatrındaAzərbaycan Dövlət Aqrar Universitetin Mühəndislik KorpusundaAzərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsində və Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecdə, Qarabağ Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında, Muğan Regional Mərkəzi tərəfindən Biləsuvar rayon X.Qafarov adına İsmətli tam orta məktəbindəAran Regional Mərkəzi tərəfindən Naftalan şəhər Gigiyena və Epidemiologiya Mərkəzində, Kürdəmir rayon Axtacı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Paylaş: