Əlyazmalar İnstitutunun alimi beynəlxalq simpoziumda məruzə edib
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Aytən Quliyeva “IV Beynəlxalq Türk Dünyası Kommunikasiya və İncəsənət Simpoziumu”nda onlayn şəkildə iştirak edib.
Fhnews.az xəbər verir ki, Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və bir sıra ölkələrin aparıcı təhsil və elmi-tədqiqat müəssisələrindən alim və mütəxəssislərin qatıldığı simpoziumda əməkdaşımız ““Azərbaycan qəzeti”ndə (1918-1920) ədəbiyyat və incəsənətə dair mövzular” mövzusunda məruzə ilə çıxış edərək Azərbaycan Xalq Cumhuriyyətinin yaranması ilə fəaliyyətə başlamış “Azərbaycan qəzeti”ndə dövrün ziyalılarının ədəbiyyat və incəsənətə dair baxışlarından bəhs edib, çıxışında ədəbiyyatşünas, tənqidçi Seyid Hüseyn Sadıqzadənin qəzetdə dərc olunmuş teatr və ədəbiyyat haqqında nəzəri-estetik məqalələrini xüsusilə diqqətə çatdırıb. A.Quliyeva maraqlı məruzəsinə və konfransda fəal iştirakına görə təşkilatçı qurumların serifikatı ilə təltif olunub.
Qeyd edək ki, beynəlxalq simpozium Türk Dünyası Jurnalistlər Federasiyası, Niğdə Ömər Halisdəmir və Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiya Universitetlərinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Pakistan nümayəndə heyəti BDU-da olub...
UNEC ilə Çinin Siçuan Universiteti...
Əlyazmalar İnstitutunun alimi beynəlxalq...
TKT imtahanına qeydiyyat aparılır...
Neft və Sənaye Universitetinin...