Dünyanın ən çirkli şəhərində həyat
Hindistanın paytaxtı Yeni Dehlidə havanın keyfiyyəti "ağır" kateqoriyasının yuxarı həddini keçərək son vaxtlar qeydə alınan ən pis səviyyəyə çatıb.
Hindistanın “NDTV” kanalının xəbərinə görə, Hava Keyfiyyəti İndeksi məlumatları Yeni Dehlidə milyonlarla insanın sağlamlığını təhdid edən hava çirkliliyinin səviyyəsinin son ölçmələrdə 481 olaraq qeyd edildiyini və "son dərəcə şiddətli" səviyyəsinə yüksəldiyini göstərib.
Məlumata görə, havanın çirklənməsi nəticəsində yaranan zəhərli tüstü və duman 450 AQI-dən yuxarı olan “ağır” kateqoriyanın üst həddini keçərək şəhərdə görmə məsafəsini 150 metrə endirdiyindən regionda uçuşlara və qatarların hərəkətinə mənfi təsir göstərib.
Bunun üzərinə regonda hava çirkliliyinin təsirlərini azaltmaq üçün daha sərt tədbirlər görülür.
Bu tədbirlər çərçivəsində təmiz enerji yanacağı istifadə etməyən bütün yük maşınları və oxşar nəqliyyat vasitələrinin Yeni Dehliyə girişi qadağan edilib, uşaqlara, yaşlılara, tənəffüs, ürək-damar və serebrovaskulyar kimi xroniki xəstəlikləri olan insanlara qapalı ərazilərdə qalmaları tövsiyə edilib.
Məktəblərdə 10 və 12-ci siniflər istisna olmaqla, bütün şagirdlər üçün üzbəüz təhsil dayandırılıb. Yeni Dehlidəki insanlara şəhərdəki hərəkətliliyi və nəqliyyat vasitələrinin tullantılarını mümkün qədər azaltmaq üçün ictimai nəqliyyatdan istifadə etməmək tövsiyyə edilib.
“Hindustan Times”ın məlumatına görə, Dehli əyalətinin ətraf mühit naziri Qopal Rai sosial media hesabında paytaxtda havanın çirklənməsinin qarşısını almaq üçün tədbirlər görüldüyünü açıqlayıb.
Rai Yeni Dehlidə hava çirkliliyini azaltmaq üçün dövlət idarələrində çalışan işçilərin yarısının evdən işləməsinə qərar verildiyini bildirib.
Yaponiyada dəniz suyunda parçalanan...
İncəsənət dünyasını ikiyə bölən əsər...
Ada ölkəsi Tuvalu varlığını rəqəmsal...
Dünyanın ən çirkli şəhərində həyat...
İstanbulda qeyri-sabit hava ciddi...