Türkiyədə I İstanbul Enerji Forumu keçirilir
Türkiyədə I İstanbul Enerji Forumu işə başlayıb.
Fhnews.az xəbər verir ki, Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Anadolu” agentliyinin media tərəfdaşlığı ilə təşkil edilən forum bu il “Ortaq gələcək, ortaq hədəflər” mövzusuna həsr olunub.
Tədbirdə Azərbaycan energetika naziri Pərviz Şahbazov tərəfindən təmsil olunur. Energetika naziri Pərviz Şahbazovun İstanbula səfəri Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın dəvəti ilə baş tutub.
Forumda müxtəlif ölkələrin enerji sahəsindən məsul yüksəksəviyyəli dövlət rəsmiləri, yerli və xarici vətəndaş cəmiyyətlərinin, beynəlxalq qurumların nümayəndələri, elm xadimləri və iş adamları iştirak edirlər. Tədbirdə enerji sektorunda regional hədəflər, təbii qaz tədarükü təhlükəsizliyinin təmin edilməsində Türkiyənin rolu, enerji transformasiyasının maliyyələşdirilməsi kimi regional və beynəlxalq məsələlərlə yanaşı, enerji mənbələri, texnoloji inkişaf və bir sıra digər məsələlər ətrafında fikir mübadilələri aparılacaq, qlobal səviyyədə dialoq imkanı yaradılacaq.
Forum çərçivəsində energetika nazirinin “Dayanıqlı gələcək üçün çağırışlar və imkanlar” sessiyasında müzakirələrdə iştirakı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
Tədbirin rəsmi açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Fahrettin Altun, “Anadolu” agentliyinin İdarə Heyətinin sədri və Baş direktoru Serdar Karagözün çıxışları nəzərdə tutulub.
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...
İşğaldan azad olunmuş ərazilərə avtobus...