İstanbulda yaşıl enerji təchizatı məsələləri müzakirə edilib
İstanbulda keçirilən I Enerji Forumu çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstanın enerji sahəsində məsul nazirlərinin yaşıl enerji tədarükü mövzusunda toplantısı keçirilib.
Fhnews.az xəbər verir ki, görüşdə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili ilə Bolqarıstanın energetika naziri Vladimir Malinov iştirak ediblər.
Görüşdə Azərbaycan və Mərkəzi Asiyanın bərpaolunan enerji potensialı əsasında, yaşıl enerjinin Avropaya müxtəlif marşrutlar vasitəsilə çatdırılması ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub.
Sonra Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında görüş olub.
Görüşdə enerji sahə üzrə ölkələrimiz arasındakı əməkdaşlığın gündəliyində olan məsələlər müzakirə olunub.
Türkiyəyə, buradan Avropaya yaşıl enerji və qazın tədarükü ilə bağlı müştərək layihələrin inkişafı, Iğdır-Naxçıvan boru kəmərinin tikintisinin yekunlaşdırılması və “Azərbaycan-Türkiyə IV Enerji Forumunun keçirilməsi ilə bağlı cari vəziyyət dəyərləndirilib.
Xatırkadaq ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov I İstanbul Enerji Forumunda iştirak edir.
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...
İşğaldan azad olunmuş ərazilərə avtobus...
Türkiyədə Azərbaycan-Macarıstan enerji...