Dünyanın ilk tam robotik qoşa ağciyər transplantasiyası həyata keçirilib
ABŞ-nın Nyu-York Universitetinin tərkibindəki Langone Sağlamlıq Tibb Mərkəzində bir ilkə imza atılıb. Xroniki Obstruktiv Ağciyər Xəstəliyi (KOAH) olan 57 yaşlı qadına tam robot əməliyyatı ilə ikiqat ağciyər transplantasiyası həyata keçirilib.
Xəstəxanadan verilən açıqlamada əməliyyatda qabırğalar arasında kiçik kəsiklər edildikdən, yəni minimal invaziv cərrahi üsul sonrasında ağciyərin robot sistemlə çıxarıldığı, nahiyənin transplantasiyaya hazırlandığı bildirilib və ora yeni ağciyər yerləşdirilib. Hər iki ağciyərin robot texnika ilə köçürüldüyü vurğulanıb. Bu, dünyanın ilk tam robotik qoşa ağciyər transplantasiyasıdır.
Əməliyyat Da Vinci Xi robotik cərrahiyyə texnologiyasından istifadə edilərək həyata keçirilib.
Dünyanın ilk tam robotik qoşa ağciyər...
Pergedəki Qədim Kestros bulağından 1800...
Sabah Sabiha Gökçen hava limanında bəzi...
Çin vizasız səyahət üçün müraciət...
Dünyanın ən böyük oyun kartı Ginnesin...