Ekspertin çağırışı: "Tsunami Türkiyənin fəlakət gündəmində olmalıdır"
UNESCO-nun Hökumətlərarası Okeanoqrafiya Komissiyası tərəfindən həyata keçirilən və Şərqi Atlantika və Aralıq dənizi hövzəsi ilə həmsərhəd olan ölkələri sunami və digər dəniz səviyyəsi ilə bağlı təhlükələrdən qorumaq məqsədi daşıyan “CoastWAVE” layihəsinin birinci mərhələsi başa çatıb.
Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Avropa Komissiyasının Mülki Müdafiə və Humanitar Yardım Baş Direktorluğu tərəfindən maliyyələşdirilən layihədə Türkiyədən Boğaziçi Universiteti Kandilli Rəsədxanası Zəlzələ Araşdırma İnstitutu və Yaxın Şərq Texniki Universitetinin alimləri iştirak edib.
Layihənin birinci mərhələsində 7 ölkə iştirak etdiyi halda, araşdırmalar nəticəsində 4 ölkədən seçilmiş pilot bölgələr “Tsunamiyə Hazır Şəhər” sertifikatı alıb. Sertifikat alan bölgələrdən biri də İstanbulun Böyükçekmece rayonu olub.
“CoastWAV” layihəsində iştirak edən UNESCO-nun Şimal-Şərqi Atlantik və Aralıq dənizi Sunami Xəbərdarlığı Sisteminin keçmiş prezidenti, professor Əhməd Cevdet Yalçıner sunaminin yapon dilində "liman dalğası" mənasını verdiyini və dənizdə baş verən zəlzələlər istisna olmaqla, episentrin sahildən 100 kilometr uzaqda olduğunu və 6,5-dən böyük zəlzələlərin sunamiyə səbəb ola biləcəyini açıqlayıb.
Sunaminin Türkiyənin təbii fəlakətlər gündəminə daxil edilməsi lazım olduğuna işarə edən Yalçıner "Ölkəmizdə tarixdə qədim şəhərləri dağıdıcı şəkildə təsir edən bir çox nümunə var. Zəlzələ ölkəmiz üçün hər şeydən daha əhəmiyyətli bir fəlakətdir.Biz buna hazır olmalı və məlumatlı olmalıyıq.”-deyib və əlavə edib ki, bir rayonun Tsunamiyə Hazır Şəhər sertifikatı alması üçün lazımi infrastruktur yaradılmalıdır. Bunun üçün ilkin araşdırmalarla fəlakət səviyyəsi müəyyən edilməli, sunami, təhlükə, risk və evakuasiya xəritələri hazırlanmalı, bunlara paralel olaraq, maraqlı tərəflər müəyyən edilməli, ictimaiyyət məlumatlandırılmalı, bölgədə məlumat lövhələri quraşdırılmalıdır.
Tarixdə Aralıq dənizində böyük sunamilərin yaşandığını qeyd edən Yalçıner "Seferihisar zəlzələsində gördüklərimizdən çox daha böyük dalğalar görə bilirik, ancaq bölgəmizdə 30 metrlik dalğaların sahilləri vurması mümkün deyil. Yaponiyada olduğu kimi, modelləşdirmə məlumatlarına görə, ölkəmizin sahillərində 6 metr yüksəklik yarada biləcək sunami dalğaları gözlənilir.”-deyərək fikrini əsaslandırıb.
Seysmik olaraq üfüqi istiqamətdə hərəkət edən qırılmaların kiçik sunamilərə, şaquli istiqamətdə hərəkət edən qırılmaların isə böyük sunamilərə səbəb ola biləcəyini ifadə edən alim əlavə edib ki, zəlzələ baş verərsə və dənizin altında sürüşmə olarsa, daha böyük sunami meydana gələ bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...