COP29 çərçivəsində “Aqroərzaq sisteminin transformasiyasının maliyyələşdirilməsi” mövzusunda panel müzakirə keçirilib
COP29 çərçivəsində “Aqroərzaq sisteminin transformasiyasının maliyyələşdirilməsi” mövzusunda panel müzakirə keçirilib.
Fhnews.az xəbər verir ki, tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov fermerlərin iqlim dəyişikliklərinə uyğunlaşması, təsərrüfatlarının məhsuldar və davamlı olması üçün hərtərəfli dəstəyə ehtiyacı olduğunu deyib. Bildirib ki, fermerlərin yeni texnologiyaların və iqlim baxımından ağıllı təcrübələrin tətbiqi istiqamətində dəstəklənməsi qlobal ərzaq təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda fermerlərin daha dayanıqlı və səmərəli əkinçilik təcrübələrinə keçidinə kömək etmək məqsədilə müxtəlif dəstək mexanizmləri mövcuddur. Bu maliyyə mexanizmləri ilə yanaşı, təsərrüfatları təbii fəlakətlərlə bağlı risklərdən qorumaq üçün Aqrar Sığorta Fondu fəaliyyət göstərir. Elçin Zeynalov qeyd edib ki, Azərbaycan davamlı kənd təsərrüfatının dəstəklənməsində səylərin gücləndirilməsi üçün qlobal platformalardan tam istifadədə maraqlıdır. Onun sözlərinə görə, iqlimə davamlı kənd təsərrüfatına sərmayə qoyulması təbii ehtiyatların qorunması və gələcəyin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir.
Panel müzakirələrdə çıxış edən FAO-nun İqlim Dəyişikliyi, Ətraf Mühit və Biomüxtəliflik İdarəsinin təbii sərvətlər üzrə baş mütəxəssisi Martial Bernoux, Dünya Bankının Kənd Təsərrüfatı üzrə beynəlxalq direktoru Shobha Shetty, Dünya Bankının İqlim-Ağıllı Kənd Təsərrüfatı üzrə beynəlxalq rəhbəri Bill Sutton iqlim dayanıqlığını artırmaq üçün iqlim dəyişikliyi planlaşdırması, həyata keçirilməsi, monitorinq və hesabatların təqdim edilməsi, iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin yumşaldılması, aqroərzaq sistemlərinin iqlim maliyyəsinin vəziyyəti, hədəf və imkanlar, aqroərzaq sisteminin transformasiyası, emissiyaların həcminin əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə çıxış edən Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı-Mitova bildirib ki, iqlim dəyişikliyi fonunda ərzaq təhlükəsizliyi və ətraf mühitin mühafizəsini təmin etmək üçün aqroərzaq sistemlərinin iqlim maliyyələşməsi prosesi genişləndirilməlidir. Onun sözlərinə görə, aqrar sahədə maliyyə axınlarının texnoloji innovasiya və həllərə yönəldilməsi, özəl sərmayə cəlb etmək üçün dövlət-özəl tərəfdaşlığı olduqca vacibdir.
Sonda iştirakçıların sualları cavablandırılıb.
“Azərbaycan Dəmir Yolları” “Rhenus...
Azərbaycanda İKT üzrə ixtisasartırma...
COP29 çərçivəsində “Dünyanın iqlim...
Baş direktor: Çin və ABŞ-ın NDC-ləri...
TDT-nin Beynəlxalq Avtomobil...