21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üzrə xərclərinin maliyyələşdirilməsinin 10,5 faiz çox olması nəzərdə tutulur

21-11-2024
IMG

Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üzrə xərclərinin maliyyələşdirilməsi üçün 7 milyard 676 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 727 milyon manat (və ya 10,5 faiz) çoxdur. Maliyyə mənbəyinin 7 milyard 617 milyon manatlıq hissəsini Fondun gəlirləri, 59 milyon manatlıq hissəsini isə Fondun əvvəlki illərdə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsait təşkil edir. Növbəti ildə Fondun xərcləri 7 milyard 676 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü ilə nisbətən 727 milyon manat (və ya 10,5%) çoxdur.

Fhnews.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu gün parlamentin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında deyib.

O qeyd edib ki, Fondun 2025-ci il üçün gəlirlərinin 78,1 faizinin və ya 5 milyard 997 milyon manatının MDSS (məcburi dövlət sosial sığortası) daxilolmaları üzrə formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 519 milyon manat və ya 9,5 faiz çoxdur.

Paylaş: