21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Azərbaycan ölkələri 2025-ci ilə qədər öz Milli Uyğunlaşma Planlarını təqdim etməyə çağırıb

19-11-2024
IMG

Azərbaycan bu ayın əvvəlində özünün Milli Uyğunlaşma Planını təqdim edib.

Fhnews.az xəbər verir ki, bu barədə COP29-un baş danışıqçısı Yalçın Rəfiyev “COP29-da Uyğunlaşma Fəaliyyətinin Sürətləndirilməsi: Milli Uyğunlaşma Planlarının formalaşdırılması və həyata keçirilməsinin sürətləndirilməsi” mövzusunda konfransda çıxışı zamanı deyib.

O, ölkələri 2025-ci ilə qədər öz MUP-larını təqdim etməyə çağırıb. “Bu, bizə 2030-cu ilə kimi onların həyata keçirilməsində irəliləyişə nail olmağa imkan verəcək. Bu planlar ən yaxşı təcrübəni necə paylaşdığımıza, texnologiyanın ötürülməsinə və bir-birimizin ambisiyalarına necə dəstək olacağımıza yol göstərəcək”, - deyə Yalçın Rəfiyev əlavə edib.

Onun sözlərinə görə, uyğunlaşma indi hər zamankından daha çox siyasi iradəyə ehtiyac duyur.

Paylaş: