23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Gələn ilin dövlət və icmal büdcələrinin tərtibi zamanı ÜDM-in artım tempi 3,5 faiz səviyyəsində götürülüb

18-11-2024
IMG

Növbəti ilin dövlət və icmal büdcələrinin tərtibi zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş baza proqnozu əsas götürülərək, ümumi daxili məhsulun artım tempi 3,5 faiz, qeyri-neft sektoru üzrə ümumi daxili məhsulun artım tempi 4,9 faiz, orta illik inflyasiya 4,6 faiz, xam neftin bir barelinin orta illik ixrac qiyməti büdcə hesablamaları üçün 70 ABŞ dolları, təbii qazın min kubmetrinin orta illik ixrac qiyməti isə 242 ABŞ dolları, manatın məzənnəsi isə 1 dollar - 1,7 manat səviyyəsində götürülüb.

Fhnews.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov parlamentin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin noyabrın 18-də keçirilən iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, 2025-ci il və sonrakı üç il üzrə büdcə vergi siyasətinin istiqamətləri müəyyən edilərkən əsas prioritetlər kimi ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Qarabağın və Şərqi Zəngəzurun bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası, həmin ərazilərə Böyük Qayıdışın təmin edilməsi kimi ümdə çağırışlar, Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramının icrası üzrə vəzifələr nəzərə alınıb.

Paylaş: