Сemima Njuki: 2050-ci ilə qədər 150 milyona yaxın qadın yoxsulluğa düçar olacaq
Biz qadınların və gənc qızların hüquqlarını qorumalıyıq. Bizim qeyri-adi imkanlarımız var. İqlim maliyyəsi ilə bağlı hansı tədbirlərin keçiriləcəyini yaxşı öyrənməliyik. Bu maliyyə gənc qızları və qadınları əhatə etməlidir.
Fhnews.az xəbər verir ki, bu fikirləri BMT-nin Qadınlar Agentliyinin qadınların səlahiyyətləndirilməsi üzrə sədri, BMT-nin Qadınlar Agentliyinin icraçı direktoru Sima Sami Bahaus adından çıxış edən Сemima Njuki COP29 çərçivəsində keçirilən “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbirdə deyib.
Afrika qitəsində içməli su problemi yaşadığını diqqətə çatdıran Сemima Njuki burada əsas yükün qadınların üzərinə düşdüyünü qeyd edib: “Onlar uzaq məsafələri qət edərək içməli su dalınca gedirlər. 2050-ci ilə qədər 150 milyona yaxın qadın yoxsulluğa düçar olacaq. Qadınlar milli uyğunlaşma planında prioritetdə olmalıdırlar. Biz bu sahədə vəsaitlərin toplanılmasını tezləşdirməliyik. Çalışmalıyıq ki, qadınların səsi iqlimə aid olan problemlərdə ucalsın”.
COP29-da Aİ və 25 ölkə kömür elektrik...
Şeyxülislam BMT-nin Sivilizasiyalar...
Laçın rayonunda zəlzələ olub...
HACCP sisteminin tətbiqi qida...
Bazar günü hava əsasən yağmursuz olacaq...