Filippində qasırğa nəticəsində itkin düşənlərin axtarışı davam edir
Filippinin ən sıx məskunlaşmış Luson adasını vuran “Man-Yi” qasırğası zamanı itkin düşənlərin axtarışı ilə bağlı əməliyyat keçirilir.
Fhnews.az “Associated Press” agentliyinə istinadla xəbər verir ki, xilasetmə xidmətləri Nueva-Esixa əyalətində itkin düşən ər-arvadın və onların övladının axtarışlarını davam etdirir.
Qasırğa, həmçinin Şimali Kamarines əyalətində iki nəfərin ölümünə səbəb olub. Təbii fəlakət nəticəsində Katanduanes əyaləti elektriksiz qalıb. Orada yaşayan 80 min əhalinin yarısı sığınacaqlara yerləşdirilib.
“Man-Yi” qasırğası Filippin sahillərinə bazar günü gecə saatlarında çatıb. Həmin vaxt qasırğa zonasında küləyin sürəti saatda 195-240 kilometr olub. “Man-Yi” üç həftə ərzində Filippini vuran altıncı qasırğadır. Bu qasırğalar ölkədə 160-dan çox insanın ölümünə səbəb olub.
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...
Qladiator şəklində olan nadir bıçaq...
Aralıq dənizində 3,7 bal gücündə zəlzələ...