21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Elm və Təhsil Nazirliyi ilə Dünya Bankı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

19-11-2024
IMG

Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Dünya Bankının təhsil üzrə qlobal direktoru Luis Benveniste ilə görüşüb.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, görüş çərçivəsində Dünya Bankı ilə ikitərəfli əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.

Xatırladaq ki, Luis Benveniste noyabrın 18-də COP29 çərçivəsində təhsil üzrə keçirilmiş yüksəksəviyyəli panellərdə də iştirak edib.

Paylaş: