On ayda əhaliyə ödənilən müavinətlərin statistikası açıqlanıb
Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 504 min nəfərə sosial müavinət, 401 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 898 milyon manat, Prezident təqaüdləri üzrə 574 milyon manat ödənilib.
Cari ilin 10 ayında 128 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 698 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
Çində keçirilən Dünya İnternet...
Gilavar Foto Klubunun 30-a yaxın üzvü...
Leyla Əliyevanın iştirakı ilə Bakıda...
Azərbaycanın COP29 Sədrliyi bəyanat...
Azərbaycan və Ukrayna ekologiya...