22 noyabr 2024, cümə Bakı, 13°C
IMG-LOGO

NASA-dan açıqlama: Kosmosda 6 ay qalmaq təhlükəli deyil

22-11-2024
IMG

NASA-nın yeni nəşr etdiyi araşdırma altı ay kosmosda qalan kosmonavtların beyninə qalıcı zərər vermədiyini, lakin  bəzi idrak bacarıqlarında müvəqqəti geriləmələr yaşadıqlarını ortaya qoyub. NASA-nın araşdırması astronavtların Beynəlxalq Kosmik Stansiyada keçirdikləri 6 aylıq müddətdən sonra edilən sınaqlarda beyin funksiyalarında əhəmiyyətli bir azalma olmadığını aşkar edib. Əvvəlki tədqiqatlar kosmosda uzun müddət qalmağın beyinə zərərli təsir göstərə biləcəyini irəli sürsə də, yeni tapıntılar kosmosun beyinə təsirini şübhə altına alan köhnə nəzəriyyələrə meydan oxuyur.

Sınaq nəticələrinə görə, astronavtların idrak funksiyalarında uzunmüddətli azalma müşahidə olunmayıb, lakin emal sürətində müvəqqəti yavaşlama aşkar edilib. Tədqiqatçılar hesab edirlər ki, kosmosda sərf olunan vaxtdan sonra emal sürətinin azalması təkcə kosmik mühitə xas şərtlərlə deyil, həm də astronavtların üzləşdiyi stress faktorları ilə bağlı ola bilər. Kosmosda uzun müddət qalmanın çətinlikləri və fiziki təsirləri Yerə qayıtdıqdan sonra müəyyən idrak funksiyalarının normal vəziyyətə qayıtmasını daha uzun edir. 

Kosmosda sərf olunan vaxtla bağlı bu araşdırmalar xüsusilə Marsa planlaşdırılan insanlı missiyalar üçün böyük əhəmiyyət kəsb edir.

Uzun məsafələr və ünsiyyət gecikmələri səbəbindən Mars missiyasında olan astronavtlar qərarları tamamilə avtonom şəkildə qəbul edəcəklər və bu prosesdə beyin performansı kritik rol oynayacaq.

Paylaş: