23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Nino Tandilaşvili: COP29-da kənd təsərrüfatı nazirlərinin iclası çox yüksəksəviyyədə təşkil olunmuşdu

23-11-2024
IMG

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən kənd təsərrüfatı nazirlərinin iclası çox yüksək səviyyədə təşkil olunmuşdu. Görüşün bu səviyyədə təşkili və tədbirdə 20 ölkədən yüksəksəviyyəli nümayəndələrin iştirakı Bakının beynəlxalq tədbirlərin təşkilində yaxşı təcrübəyə malik olduğunu sübut edir.

Fhnews.az xəbər verir ki, bu sözləri Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavini Nino Tandilaşvili söyləyib.

İclasda iştirak etməkdən və göstərilən qonaqpərvərlikdən məmnun qalan nazir müavini deyib ki, bu cür tədbirlər qarşıya qoyulan məqsədlərə çatmaq üçün geniş imkanlar yaradır.

Nazir müavini bildirib ki, Gürcüstan hökuməti iqlim dəyişikliyinin kənd təsərrüfatı sektoruna mənfi təsirini azaltmaq üçün 2028-ci ilə qədər fermerlərə dəstək üçün 3 milyard lari xərcləməyi planlaşdırır. Müasir suvarma sistemlərinin inkişafı üçün daha 300 milyon ABŞ dolları səfərbər edilib.

“Bundan başqa, Gürcüstanın kənd yerlərinin inkişaf strategiyasında iqlimə uyğun kənd təsərrüfatı təcrübələrinin tətbiqinə önəm verilir. Su ehtiyatlarına qənaət və onlardan səmərəli istifadə iqlim dəyişikliyi fonunda kənd təsərrüfatı sektorunda tətbiq olunan yanaşmadır", - deyə N.Tandilaşvili vurğulayıb.

Paylaş: