Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Milli Hidrometeorologiya Xidməti noyabrın 24-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Xidmətdən verilən məlumata görə, Kəlbəcər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Gədəbəy, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Quba, Xızıda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 13,9-20,7 metr təşkil edəcək.
Xaçmaz, Şabran, Siyəzən, Qusarda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə qərb küləyinin əsəcəyi və küləyin sürətinin saniyədə 20,8-28,4 metr olacağı gözlənilir.
Son 4 ildə 12,3 mindən çox imtiyazlı...
COP29-da gənc ictimai ekoliderlərin...
MDB İcraiyyə Komitəsi: Uğurlu COP29...
İqlim fəalları inkişaf etmiş ölkələri...
Küləkli hava şəraiti ilə bağlı sarı və...