24 noyabr 2024, bazar Bakı, 14°C
IMG-LOGO

İngiltərədə 24 saat ərzində 3 şübhəli paket xəbərdarlığı

23-11-2024
IMG

Dünən İngiltərənin paytaxtı Londonda iki şübhəli paket həyəcan siqnalının ardından bu gün Euston Qatar Stansiyasında şübhəli bağlama aşkar edildikdən sonra idarə olunan partlayış baş verib.

Paytaxtın mərkəzindəki Euston Tren Stansiyasında şübhəli bağlama aşkar edildikdən sonra stansiya mühafizəçilər tərəfindən təxliyə edilib.

Təxliyə zamanı polis kordonları yaradılıb. Şübhəli bağlama ekspertlər tərəfindən idarə olunan partlayış nəticəsində məhv edilib.

Qeyd edək ki, Britaniya polisi dünən ABŞ-nın Londondakı səfirliyi yaxınlığında şübhəli paketin olduğunu bildirdikdən sonra idarə olunan partlayış törədib.

Polis dünən həmçinin ölkənin ən işlək ikinci hava limanı olan Londonun Gatvick hava limanında bir sərnişinin baqajında şübhəli qadağan olunmuş maddənin tapıldığını açıqlayıb və hava limanına bomba zərərsizləşdirmə qruplarının göndərildiyi bildirilib.

Hadisədən sonra baqajda aşkar edilən şübhəli bağlamanın təhlükəsiz hala gətirildiyi açıqlanıb.

Paylaş: