Pakistanda qarşıdurma: 33 ölü, 25 yaralı
Pakistanın Xeyber-Paxtunxva əyalətinin Kürrəm bölgəsində sünni və şiə qrupları arasında baş verən insidentlər nəticəsində azı 33 nəfər ölüb, 25 nəfər yaralanıb.
Silahlı şəxslər Baqan və Baça Kotda dükanları, evləri və ictimai əmlakı yandırıblar. Polis 33 nəfərin öldüyünü, 25 nəfərin yaralandığını bildirib.
Yüksək rütbəli bir polis zabitinin sözlərinə görə, yerli vaxtla saat 19:00 radələrində bir qrup şiə sünnilərin çoxluq təşkil etdiyi Bağan bazarına hücum edib. Onlar atəş açdıqdan sonra bütün bazarı və yaxınlıqdakı evləri yandırıblar. İlkin məlumata görə, 300-dən çox mağaza və 100-dən çox ev dağıdılıb.
Qeyd edək ki, son aylar Kürrəmdə məzhəblərarası qarşıdurmalar artıb və təxminən 150 nəfər həyatını itirib. Ən son iki gün əvvəl konvoya edilən hücumda 42 nəfər həyatını itirmişdi.
İngiltərədə 24 saat ərzində 3 şübhəli...
Fırtına İzmirdə məscidin minarəsini...
Mərkəzi Amerikada 4000 illik balıq tutma...
Pakistanda qarşıdurma: 33 ölü, 25 yaralı...
İngiltərədə “Bert” fırtınasına görə...