İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçirilən məkanda noyabrın 23-də iqlim fəalları növbəti etiraz aksiyası keçirib.
Fhnews.az xəbər verir ki, aksiya iştirakçıları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağıran şüarlar səsləndiriblər. Onlar Qərb ölkələrini COP29 danışıqlarının məhsuldar bitməsi üçün aktivlik nümayiş etdirməməkdə ittiham ediblər.
Qeyd edək ki, noyabrın 11-dən bəri COP29 məkanında hər gün aksiyalar keçirilir. Etirazçıların fikirlərini ifadə etmələri üçün bütün şərait yaradılıb.
Son 4 ildə 12,3 mindən çox imtiyazlı...
COP29-da gənc ictimai ekoliderlərin...
MDB İcraiyyə Komitəsi: Uğurlu COP29...
İqlim fəalları inkişaf etmiş ölkələri...
Küləkli hava şəraiti ilə bağlı sarı və...