İngiltərədə “Bert” fırtınasına görə xəbərdarlıq edilib
İngiltərədə qar, buz, güclü yağış və şiddətli küləyə səbəb olan "Bert" qasırğası səbəbiylə çox təhlükəli hadisələrin baş verə biləcəyinə dair xəbərdarlıq edilib.
İngiltərə Meteorologiya Bürosu tərəfindən edilən açıqlamada şiddətli fırtına səbəbiylə bəzi bölgələrdə səyahətlərin kəsilməsi, daşqınlar və sürəti saatda 113 kilometrə çatan güclü küləklərin ola biləcəyi ifadə edilib.
“Bert” fırtınası İngiltərə və Şotlandiyanın bəzi şimal və mərkəzi bölgələrinə güclü qar gətirəcək.
Bu həftə sonu üçün ölkə daxilində sərt hava xəbərdarlığı edən “Met Office” fırtınanın qar, buz, güclü yağış və çovğunlara səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
“Met Office” meteoroloqu Aidan Givern verdiyi açıqlamada: "İki-dörd saat güclü və sürətli qar yağacağını görəcəyik. Bu, İngiltərə və Şotlandiyanın şimalındakı təpələrdə qar fırtınalarına, səyahət üçün dəhşətli şəraitə və elektrik enerjisinin kəsilməsi riskinə səbəb olacaq."-deyib.
Fırtına səbəbiylə İngiltərə və Uelsdə təxminən 4 min binada elektrik kəsilib, bəzi yollar bağlanıb, qatar səfərləri ləğv edilib. Şotlandiyanın 6 bölgəsi üçün daşqın xəbərdarlığı edilib.
İngiltərədə “Bert” fırtınasına görə...
Yaponiyada dəniz suyunda parçalanan...
İncəsənət dünyasını ikiyə bölən əsər...
Ada ölkəsi Tuvalu varlığını rəqəmsal...
Dünyanın ən çirkli şəhərində həyat...